MMA üzrə keçirilən qaydasız döyüş növündə 2 dəfə dünya çempionu olmuş, dünya kəmərinin sahibi Ramil Vəliyev növbəti uğura imza atıb.
Aktual.az Milli.Az-a istinadən bildirir ki, Ramil Vəliyev məşqçisi Şəhriyar Abbasovun keçdiyi xüsusi hazırlıq prosesindən sonra, 18-22 noyabr tarixləri arasında Moldovanın paytaxtı Kişinyov şəhərində keçirilən qaydasız döyüş növündə dünya kəməri uğrunda yarışın qalibi olub.
Bununla da idmançımız 3-cü dəfə dünya çempionu ünvanını qazanıb.