İdmançımız Türkiyədə medal qazandı

İdmançımız Türkiyədə medal qazandı

Türkiyənin Samsun şəhərində cüdo üzrə Qran-Pri yarışına start verilib.

Aktual.az goal.az-a istinadən xəbər verir ki, yarışın ilk günündə Azərbaycan milli komandası bir medal qazanıb.

60 kq. çəki dərəcəsində çıxış edən İlqar Müşkiyev ilk olaraq belçikalı Senne Vins, daha sonra isə çinli Jianqi Anı məğlub edib. 1/4 finalda Belarus cüdoçusu Arif Bağırova qalib gələn Müşkiyev yarımfinala adlayıb. Lakin növbəti görüşündə o, tatami sahibi Bəkir Özlüyə uduzub. 3-cü yer uğrunda qarşılaşmada isə cüdoçu bolqar Yanislav Qerçev üzərində qələbə qazanaraq aktivinə bürünc medal əlavə edib.

Bu çəkidə mübarizə aparan digər cüdoçu Orxan Səfərov ilk qarşılaşmasında türkiyəli Əhməd Kabaya məğlub olub.

Digər cüdoçular - Nicat Şıxəlizadə (66 kq) və Aişə Qurbanlı (48 kq) da mübarizəni erkən dayandırıblar.

Qeyd edək ki, 398 (237 kişi, 161 qadın) idmançının qatıldığı mötəbər turnirdə Azərbaycanın 11 təmsilçisi var.

Xəbər 479 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR