İdmançımız dünya çempionu oldu

İdmançımız dünya çempionu oldu

Dünən Almaniyanın Koblenz şəhərində peşəkarlar arasında keçirilən WMAO versiyasi üzrə (K-1) yarışda Azərbaycan Kikboksinq Federasiyasının yığma komandasının üzvü, peşəkar kikboksçu Ramal Aslanov hollandiyalı idmançı Mervin Rozendtruik üzərində inamlı qələbə qazanaraq Dünya Çempionu olub.

Aktual.az goal.az-a istinadən xəbər verir ki, Bununla da idmançı Dünya Kəmərinə sahiblənib. Bu barədə danışan idmançı ona indiyə qədər dəstək olan dostlara öz təşəkkürünü çatdırdı.

"Azərbaycan Kikboksinq Federasiyasının prezidenti,millət vəkili Adil Əliyev, Oqtay Mehdiyevə, mənimlə birlikdə illərdi əziyyət çəkən məşqçim Hakim Hacıyevə minnətdarlığımı bildirirəm. Eyni zamanda, Vüsal Ələsgərova, Zeynal Usubova, Almaniyada yaşayan soydaşlarımız Aysu Askərə, Samir, Ramal, Rövşən və s. adını çəkə bilmədiyim bütün dostlara təşəkkürümü çatdırıram. Çox sevinirəm ki, Dünya Kəmərini Azərbaycana gətirirəm."

Yarışı canlı izləyən AKF prezidenti, millət vəkili Adil Əliyev Ramalın qələbəsini böyük uğur adlandırıb.

"Ramal bizim federasiyasının perspektivli idmançılarındandır. Hələ onu qarşıda daha böyük uğurlar və qələbələr gözləyir. Bu gün belə idmançıların beynəlxalq yarışlarda inamlı qələbələr qazanması ölkə idmanı üçün böyük nailiyyətdir. Ramalı təbrik edirəm".

İdmançının müəllimi, Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin baş məşqçisi, əməkdar məşqçi Hakim Hacıyev bu cür qələbələrin Azərbaycana gənc kikboksçulara böyük mənəvi stimul verdiyini söyləyib:

"Ramal öz üzərində çalışan idmançıdır. Onun uğurları bir müəllimi kimi məni sevindirir. Necə zaman idi ki, Ramal yarışa ciddi hazırlaşırdı və şükürlər olsun nəticə istədiyimiz kimi oldu. Ramala gələcək yarışlarda uğurlar arzulayıram".

Xəbər 601 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR