İdmançımız Avropa Çempionatında medal qazandı

İdmançımız Avropa Çempionatında medal qazandı
  • İDMAN

Avstriyanın Obervart şəhərində cüdo üzrə açıq Avropa çempionatı başlayıb. Yarışlarda Azərbaycan yığma komandası da mübarizə aparır. Əlli iki ölkədən 301 cüdoçunun qatıldığı çempionatda ölkəmiz 20 idmançı ilə təmsil olunur.

Aktual.az-ın Azərtac-a istinadən məlumatnıa görə, yarışların ilk günü idmançılar 60, 66 və 73 kiloqram çəki dərəcələrində güclərini sınayıblar. 60 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız Vüqar Şirinli ilk qarşılaşmasını uğurla başa vuraraq yarımfinala yüksəlsə də, bu mərhələdə avstriyalı idmançı, 2008-ci il Pekin Olimpiya Oyunlarının gümüş medalçısı Ludviq Payşerə məğlub olub. Bürünc medal uğrunda qarşılaşmada V.Şirinli qırğız cüdoçu Otar Bestayev üzərində inamlı qələbə qazanaraq üçüncü yer tutub.

Eyni çəki kateqoriyasında tatamiyə çıxan idmançımız Davud Məmmədsoy isə beşinci yerlə kifayətlənməli olub. Bu çəki dərəcəsində yarışan digər iki idmançımız - Elbrus Zamanov və Oruc Vəlizadə yarışı daha erkən mərhələdə dayandırmalı olublar. Avstriyalı cüdoçu Ludviq Payşer çempionatın qızıl, braziliyalı Felipe Kitadai isə gümüş medalını qazanıblar.

Cüdoçular Telman Vəliyev, Rəşad Rufullayev, Turan Seyidov (hamısı 66 kq) rəqiblərinə məğlub olaraq final mərhələsinə yüksələ bilməyiblər.

73 kiloqram çəki dərəcəsində döyüşən Fəqan Quluzadə beşinci yer tutub, digər cüdoçularımız isə yarışı erkən mərhələlərdə dayandırıblar.

Fevralın 14-də cüdo üzrə açıq Avropa çempionatında idmançılar 81, 90, 100 kiloqram və 100 kiloqramdan yuxarı çəki dərəcələrində mübarizə aparacaqlar.

Aktual.az

Xəbər 495 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR