Azərbaycan idmançılarının 2020-ci ildə beynəlxalq yarışlarda qazandıqları medalların sayı bəlli olub.
Aktual.az xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyinin hesabatında bildirilib.
İdmançılar beynəlxalq yarışlarda 192 medal əldə ediblər. Onlardan 60-ı qızıl, 46-sı gümüş, 86-sı isə bürünc medaldır.
Tokio Yay Olimpiya Oyunlarında iştirak etmək üçün indiyədək 17 idmançı 13 lisenziya (atletika-2, atıcılıq-1, üzgüçülük-1, güləş-2, velosiped-1, bədii gimnastika-2, idman gimnastikası-2, taekvondo-1, boks-1) əldə edib.
Bundan başqa, Tokio Paralimpiya Oyunlarına da indiyədək 9 lisenziya qazanılıb.
Xəbər 324 dəfə oxunub.