Bakı-2015 I Avropa Oyunlarının idman gimnastikası yarışlarına yekun vurulub.
Apasport.az saytının məlumatına görə, Milli Gimnastika Arenasında 14 dəst medalın sahibi müəyyənləşib.
Avropa oyunlarının 42 medalını 12 ölkədən olan gimnastlar qazanıb. 5 dəfə fəxri kürsüyə yüksələn təmsilçilərimiz mükafat sayında 5-ci yeri tutub.
Hesabında 1 qızıl, 2 gümüş və 2 bürünc medal olan yığmamız Rusiya, İsveçrə, Ukrayna və Almaniyadan geri qalıb. Şimal qonşularımız 11 medalla bütün rəqiblərindən böyük fərqlə üstün olub.
Qeyd edək ki, Azərbaycan millisi komanda yarışlarında 3-cü olubsa, yığmamızın üzvü Oleq Stepko daha 4 medala yiyələnib. O, paralel qollarda qızıl, çoxnövçülük və gimnastikada gümüş, dayaqla tullanmada bürünc mükafatçı olmağı bacarıb.
Aktual.az