Oğuz rayonunda icra nümayəndəliyinin binasından oğurluq edilib.
Aktual.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Qumlaq kənd icra nümayəndəliyinin inzibati binasında qeydə alınıb.
Belə ki, naməlum şəxs və ya şəxslər inzibati binaya daxil olaraq oradan noutbuk, mikrafon və kamera oğurlayıblar.
Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı oğurluq etməkdə şübhəli bilinən rayon sakinləri Təbriz Abdurəhmanov və Rəhman Hümbətov saxlanılıblar. Saxlanılan şəxslərin rayon ərazisində fəaliyyət göstərən, Elçin Qasımova məxsus mağazadan oğurluğa cəhd etmələri də məlum olub.
Faktla bağlı araşdırmalara başlanılıb.
Xəbər 355 dəfə oxunub.