“Bir sıra elektron informasiya vasitələrində Trend informasiya agentliyinə istinadən Hesablama Palatasının apardığı yoxlamaların nəticələri açıqlanaraq qeyri-dəqiqliyə yol verilib”.
Aktual.az xəbər verir ki, bu barədə Səbail RİH-dən verilən açıqlamada deyilir. Həmin açıqlamanı olduğu kimi təqdim edirik:
“RİH-dən bildiriblər ki, aparılan yoxlamalar son 5 il ərzində Səbail rayon Mənzil kommunal təsərrüfatı birliyinin fəaliyyəti ilə bağlı olub və həmin illərdə Eldar Əzizov Səbail rayonunun deyil, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı olub, Səbail rayonuna isə 2015-ci ilin sentyabr ayından başçı təyin olunub”.
RİH qeyd edib ki, qeyri-dəqiq, yoxlanmamış məlumatların yayılması isə yalnız gülüş doğurur.
Aktual.az