Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərovun evində ölüm hadisəsi baş verib.
Aktual.az lent.az-a istinadən bildirir ki, bu gün səhər saatlarında icra başçısının Kürdəmir şəhərində yerləşən evinin həyətində 60-65 yaşlı kişinin meyidi tapılıb. Məlum olub ki, ölən şəxs həmin həyətdə bağban işləyən Əlismayıl Sadıqovdur.
Ə.Sadıqovun ürək tutmasından öldüyü bildirilir.
Faktla bağlı araşdırma aparılır.