Qaradağın icra başçısı Süleyman Mikayılovun özfəaliyyəti, daha doğrusu Azərbaycan hakimiyyətindən gizli şəkildə Avropa Boks Konfederasiyasının vitse prezident olmaq üçün sövdələşmələrə getməsi yüksək dairələrdə açıq qəzəblə qarşılanıb və bu üzdən də vəzifədən alınması artıq çoxdan PA-da müzakirə olunmaqdadır.
Artıq çoxdan Süleyman Mikayılovun vəzifədən alınması müzakirə olunur. Buna səbəb isə Süleyman Mikayılovun ölkə rəhbərliyindən xəbərsiz Avropa Boks Konfederasiyasının vitse-prezidenti olmaq üçün bəzi avropalı həmkarları ilə “bazarlıq” etməsi olub. Hətta həmkarlarından lobbi dəstəyi almaq üçün Qaradağın icra başçısı yarım milyon manat xərc çəkdiyi bildirilir.
Avropa Boks Konfederasiyasının (ABK) Baş Assambleyasının iclasında Süleyman Mikayılov vitse-prezident seçilib. Lakin həmin məlumat ölkə mətbuatında, həmçinin hökümətyönlü aparıcı mətbu orqanlarda dərc olunduqdan bir neçə saat sonra hər şey dəyişib. Ölkə rəhbərliyi Süleyman Mikayılovun bu özfəaliyyətindən xəbər tutub və ona qarşı ciddi iradlar irəli sürülüb. Hər şeydən əvvəl Qaradağın icra başçısının ölkə rəhbərliyndən xəbərsiz belə bir addım atması qəbulolunmaz hal kimi qiymətləndirilib.
Bundan sonra isə Süleyman Mikayılov Avropa Boks Konfederasiyasının (ABK) vitse-prezidenti postundan imtina edib. Həmçinin Qaradağın icra başçısı təcili şəkildə həmin məlumatın elektron mətbu orqanlardan silinməsi üçün tapşırıq verib və müxtəlif vasitələrlə həmin məlumat saytlardan silinib.
Qeyd edək ki, bu ilin aprel ayında İtaliyanın Assizi şəhərində keçirilən Avropa Boks Konfederasiyasının (ABK) Baş Assambleyası iclasında Qaradağın icra başçısı, Azərbaycan Boks Federasiyasının vitse prezidenti Süleyman Mikayılov vitse prezidenti seçilib. Lakin sonradan yayılan məlumat doğrulanmayıb və bildirilib ki, Süleyman Mikayılov ABK-nin İcraiyyə Komitəsinin 12 üzvündən seçilib.
Bakı 2015 Avropa Oyunlarında Azərbaycan boksçuları yüksək nəticələr göstərməsinə baxmayaraq, hələ də Süleyman Mikayılovun karyerası sual altındadır. Mənbə bildirirn ki, Süleyman Mikayılova yol verdiyi özfəaliyyət hələ də bağışlanılmayıb. Bunu bilən rəqibləri isə Süleyman Mikayılova qarşı kampaniyanı hər gün daha da genişləndirməkdədirlər. Qaradağın icra başçısı olmaq istəyənlər isə həddindən artıq çox olduğundan hələ ki Süleyman Mikayılov haqqında yekun qərar verilmir. Lakin mənbə seçkilərdən sonra aparılacaq kadr dəyişikliyinin əsas fiqurlarından birinin də məhz Süleyman Mikayılovun olacağını bildirir.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.\azfakt
Aktual.az