"İcra başçısı ilə aramızda..." - Model Əfsanə görün nələr dedi


Model Əfsanə Qasımova son günlər adının Cəbrayılın keçmiş icra başçısı Mahmud Quliyevlə hallanmasına münasibət bildirib.

Aktual.az ölkə.az-a istinadən bildirir ki, Qasımova açıqlamasında deyib ki, keçmiş icra başçısıyla nəinki sevgili deyil, heç onu şəxsən tanımır:

"Sizin sayta verdiyim açıqlamadan sonra hər kəs zəng vurub onunla sevgili olub-olmadığımı soruşur. Amma bunu adi məntiqlə də bilmək olar. Açıqlamamda bildirmişəm ki, həyatımda olan şəxs məndən iyirmi yaş böyükdür. Mahmud Quliyevlə yaş fərqimiz isə qırxa yaxındır. Yəni onunla aramızda heç bir münasibətdən söhbət gedə bilməz".

Qeyd edək ki, bir müddət öncə Mahmud Quliyevin evlənəcəyi barədə verdiyi açıqlama, ardınca modelin keçmiş məmurla ailə quracağını deməsi yalnış anlaşılmışdı.

// Aktual.az

Xəbər 13636 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR