Misirə məxsus A-320 təyyarəsi qaçırılıb.
AzNews.az xarici mediaya istinadən xəbər verir ki, təyyarənin göyərtəsində 81 nəfər olub. Aleksandriya-Qahirə marşrutu ilə hərəkət edən təyyarə Kiprin Larnaka hava limanında endirilib.
Bildirilir ki, təyyarəni qaçıranlar Misir əsilli qadın və uşaqların təyyarəni tərk etməsinə icazə vermək niyyətindədirlər.
***
Təyyarənin göyərtəsində 81 nəfər olub. Aleksandriya-Qahirə marşrutu ilə hərəkət edən təyyarə Kiprin Larnaka hava limanında endirilib.
Bildirilir ki, təyyarəni qaçıranlar Misir əsilli qadın və uşaqların təyyarəni tərk etməsinə icazə vermək niyyətindədirlər.
***
Son məlumatlara görə, qaçırılan təyyarənin göyərtəsində 51 sərnişin və 7 heyət üzvü var.
Təyyarənin pilotu Ömər əl-Camal sərnişinlərdən birinin təhlükəli olması barədə məlumat ötürüb. Pilot həmin sərnişinin partlayıcı qurğu yerləşdirilən kəməri olduğunu bildirib. Məhz həmin sərnişin pilotu təyyarəni Larnaka hava limanında endirməyə məcbur edib. Hazırda Kipr hakimiyyəti təyyarəni qaçıran şəxslə danışıqlar aparır.
Məlumata görə, təyyarəni qaçıran şəxs hələki heç bir tələb açıqlamayıb. Bütün Misir vətəndaşları təyyarədən buraxılıb.\\AzNews.az
Aktual.az