Fransanın “PSJ” klubunun ulduz futbolçusu Zlatan İbrahimovic komandadan ayrıla bilər.
AzVision.az-ın Fransa mətbuatına istinadən verdiyi xəbərə görə, mövsümün sonunda müqaviləsi başa çatacaq futbolçunun iki böyük klubdan təklif aldığı bildirilir.
Fransa mətbuatının iddiasına görə, Çindən bir klubla yanaşı, “Mançestr Yunayted”in də 34 yaşlı futbolçunu heyətinə cəlb etməyə çalışır.
İbranın özü isə gələcəyi ilə bağlı danışmağın hələ tez olduğunu bildirib.
“Bu barədə danışmaq hələ tezdir. Hər şey bəlli olandan sonra gedəcəyim klubu görəcəksiniz”, - deyə İbrahimoviç kariyeriyasını başqa klubda davam etdirə biləcəyinin anonsunu verib.
Qeyd edək ki, İbrahimoviç bu sezon keçirdiyi 48 matçda 45 qol vurub, 16 asist edib.