PSJ-nin hücumçusu Zlatan İbrahimoviç yenə maraqlı fikirlər səsləndirib.
Aktual.az apasport.az-a istinadən xəbər verir ki, isveçli forvard Paris klubunun tarixinə düşdüyünü deyib.
Yerli mətbuata danışan İbra tarix yazmaqda davam etdiyini bildirib: "PSJ-yə yeni gələndə bildirmişdim ki, bura tarix yazmaq üçün gəlmişəm. Fikrimcə, bunu bacardım. Artıq PSJ-nin tarixinə düşmüşəm. Lakin bu, hələ başa çatmayıb".
Qeyd edək ki, İbrahimoviç PSJ-yə 2012-ci ildə "Milan"dan keçib.