Bakı Şəhəri Yasamal rayonunda yerləşən Əsəd Əhmədov küçəsində naməlum şəxslər ərazidə olan yaşıl ağacları kəsir.
Bu barədə informasiya sosial şəbəkələrdə yayımlanıb. Ərazidə olan şəhər sakini ağacları kəsən şəxsə yaxınlaşaraq ağacların kim tərəfindən kəsilməsini soruşub.
Ağacları kəsən şəxs isə “kəsirəm, əcəb edirəm” deyərək öz işinə davam edib.(Moderator.az)
Qeyd edək ki, son zamanlar Yasamal rayonu yaşıllıqların məhv edilməsi ilə mətbuat gündəmində yer alır.
Aktual.az