I rübdə Azərbaycan 300 min tona yaxın buğda idxal edib

I rübdə Azərbaycan 300 min tona yaxın buğda idxal edib

2025-ci ilin yanvar-mart ayları ərzində Azərbaycana 62 milyon 245 min ABŞ dolları dəyərində 287 min 995 ton buğda idxal edilib.
Aktual.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2024-cü ilin I rübü ilə müqayisədə həcm baxımından 35.9% və ya 76 min ton, məbləğ baxımından isə 29.5% və ya 14.2 milyon dollar çoxdur.

Hesabat dövründə buğda idxalı Azərbaycanın ümumi idxalının 1.1%-nə bərabər olub.
Qeyd edək ki, bu dövründə idxal edilmiş buğdanın 1 tonunun orta qiyməti, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4.7% azalaraq 367.4 manat təşkil edib.


Xəbər 843 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR