I Bakı Forumu təxirə salındı

I Bakı Forumu təxirə salındı

Bakıda keçirilməsi planlaşdırılan Dünya Azərbaycanlı İş Adamlarının I Forumu təxirə düşüb və daha münasib bir vaxtda keçirilməsi qərara alınıb.

Aktual.az Apa-ya istinadən xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilir ki, Dünya Azərbaycanlı İş Adamlarının I Forumunun keçirilməsi ilə bağlı rəsmi məlumatın yayılmasından sonra dünyanın bir çox ölkələrindən Təşkilat Komitəsinə çoxsaylı müraciətlər daxil olub. Müraciətlərdə müxtəlif ölkələrdə sahibkarlıq fəaliyyətilə məşğul olan soydaşlarımız tərəfindən forumun proqramı, müzakirə olunacaq məsələlər, qəbul olunacaq sənədlərlə əlaqədar xeyli sayda ideya və təkliflər irəli sürülüb. Təşkilat Komitəsi daxil olmuş müraciət və təklifləri diqqətlə araşdırıb və tədbirin daha geniş tərkibdə, həmçinin fərqli formatda keçirilməsini məqbul sayıb. Qeyd edilənlərlə əlaqədar, Təşkilat Komitəsi 2016-cı il oktyabr ayının 28-29-da Bakı şəhərində keçirilməsi nəzərdə tutulmuş Dünya Azərbaycanlı İş Adamlarının I Forumunun daha münasib bir vaxtda keçirilməsini məqsədəuyğun hesab edib.

Forumun tarixi barədə əlavə məlumat veriləcək.
 
Aktual.az 
Xəbər 532 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR