Azərbaycan Prezidenti İlham Əliyev ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Aktual.az Trend-ə istinadən xəbər verir ki, sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasında təbiətin qorunması və ekoloji mühitin yaxşılaşdırılması sahəsində xidmətlərinə görə Hüseynqulu Seyid oğlu Bağırov “Şöhrət” ordeni ilə təltif edilsin.