Hüquqşunas “Neftçilər”də adam öldürən biznesmen oğlunun həbs olunmamasının SƏBƏBİNİ AÇDI

Hüquqşunas “Neftçilər”də adam öldürən biznesmen oğlunun həbs olunmamasının SƏBƏBİNİ AÇDI

Son günlər Bakının Sabunçu rayonu ərazisində Bakıxanov qəsəbəsindən "Neftçilər” stansiyası istiqamətinə gələn yolda "Porsche” markalı 99-BS-999 dövlət nömrə nişanlı avtomobilin gənc qadını vurması müzakirələrə çevrilib. 2 uşaq anası Xəyalə Məmmədova aldığı xəsarətdən hadisə yerində ölüb. Hadisəni törədən tanınmış iş adamı Füzuli Fərəcovun oğlu Ağaəli Fərəcov isə 14 yaşlı olduğundan hələ ki, sadəcə ifadəsi alınaraq sərbəst buraxılıb.


F.Fərəcov isə mətbuata açıqlamasında oğlunun azyaşlı olduğuna görə məsuliyyətə cəlb olunmayacağını bildirib.

Bəs A.Fərəcov hansı halda məsuliyyətə cəlb oluna bilər?

"Digesta” hüquq firmasının direktoru Ərşad Hüseynov Publika.az-a açıqlamasında bildirib ki, bu hadisəni törədən 14 yaşlı olduğundan heç bir məsuliyyətə cəlb edilməyəcək: "Cinayət Məcəlləsinə görə məsuliyyətə cəlbedilmə 16 yaşdan başlanır. İstisna hallarda bu 14 yaş ola bilər. Məcəllənin 20.2-ci maddəsində 14 yaşlı şəxslərin hansı halda məsuliyyətə cəlb edilməsi dəqiq əks olunub. Bu günlərdə Sabunçuda baş vermiş hadisəyə görə isə yeniyetmə 14 yaşlı olsa da, məsuliyyətə cəlb edilmir”.

Maddəni olduğu kimi təqdim edirik:

20.2. On dörd yaşı tamam olmuş şəxs yalnız qəsdən adam öldürməyə, qəsdən sağlamlığa az ağır və ya ağır zərər vurmağa, adam oğurlamağa, zorlamağa, seksual xarakterli zorakılıq hərəkətlərinə, oğurluğa, soyğunçuluğa, quldurluğa, hədə-qorxu ilə tələb etməyə, talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirməyə, ağırlaşdırıcı hallarda əmlakı qəsdən məhv etməyə və ya zədələməyə, terrorçuluğa, adamları girov götürməyə ağırlaşdırıcı hallarda xuliqanlığa, odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talamağa və ya hədə-qorxu ilə tələb etməyə, narkotik vasitələri və ya psixotrop maddələri talamağa və ya hədə-qorxu ilə tələb etməyə, nəqliyyat vasitələrini və ya yolları yararsız vəziyyətə salmağa görə cinayət məsuliyyətinə cəlb edilir.

Ə.Hüseynov onu da vurğuladı ki, bu zaman yeniyetmə qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilə bilər: "Əlbəttə, bu onun müəssisədə qalma müddətinə məhkəmədə qərar verilir. Lakin hazırkı durumda bizdə bu müəssisələrin fəaliyyəti barədə dəqiq məlumatım yoxdur”.

Qəzanın törədildiyi avtomobil sahibinin məsuliyyətə cəlb edilməsinə gəldikdə, ekspert yalnız avtomobil sahibinin onu bilərəkdən verdiyi sübut olunsa, 180 manat cərimə edilə bilər: "Ötən ilə qədər heç bu cərimə də mövcud deyildi. Son dəyişikliklərdən sonra qanuna əlavə edilib. Təəssüf ki, qanunlarda bu məsələdə problem var”.

 

 

 
Aktual.az
Xəbər 301 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR