Hüquqi şəxslərin qeydiyyatı ilə bağlı bəzi fərmanlar qüvvədən düşdü

Hüquqi şəxslərin qeydiyyatı ilə bağlı bəzi fərmanlar qüvvədən düşdü

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev "Azərbaycan Respublikası prezidentinin hüquqi şəxslərin dövlət qeydiyyatı ilə bağlı bəzi fərmanlarına dəyişikliklər edilməsi və bəzi fərmanlarının qüvvədən düşmüş hesab edilməsi barədə" Azərbaycan Respublikası prezidentinin 2004-cü il 2 dekabr tarixli 149 nömrəli fərmanında dəyişiklik edilməsi haqqında fərman verib. 

Aktual.az  AZƏRTAC-a istinadən bildirir ki, sənəddə deyilir: 

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Publik hüquqi şəxslər haqqında" Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 97-VQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:

"Azərbaycan Respublikası prezidentinin hüquqi şəxslərin dövlət qeydiyyatı ilə bağlı bəzi fərmanlarına dəyişikliklər edilməsi və bəzi fərmanlarının qüvvədən düşmüş hesab edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 2 dekabr tarixli 149 nömrəli fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 12, maddə 995; 2006, № 8, maddə 677; 2007, № 12, maddə 1246; 2011, № 2, maddə 85) 2-ci hissəsi ləğv edilsin".
 
Aktual.az 
Xəbər 580 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR