Hüquq müdafiəçiləri Kəlbəcər girovları ilə görüşüb

Hüquq müdafiəçiləri Kəlbəcər girovları ilə görüşüb

Dağlıq Qarabağdakı “Helsinki Təşəbbüsü-92” adlı qurumun koordinatoru Karen Oqancanyan və icraçı direktoru Svetlana Canqiryan Şuşa şəhərində həbsdə saxlanılan azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkiblər.

Aktual.az-ın APA-ya istinadən verdiyi məlumata görə, baş çəkmədə məqsəd onların saxlanma şəraiti və sağlamlıq vəziyyəti ilə tanışlıq olub.

Təşkilatdan məhkumların kamerada saxlanılma vəziyyəti, sanitar-gigiyenik şərait, gündəlik gəzinti, qidalanma, tibbi xidmət, və informasiya vəsaitləri və ədəbiyyatla təmin olunması barədə məlumatların toplandığı qeyd olunub. Hər iki hüquq müdafiəçisi azərbaycanlı məhkumların saxlama şəraiti və sağlıq durumlarından razı olduqlarını bildiriblər.

Xəbər 483 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR