Türkiyədə 17 yaşlı gənc Dəniz Ardıl Altun qəfil ürək tutmasından ölüb.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, Hatayın Payas Mahalında yaşayan Dəniz Anadolu liseyinin məzunu olub.
Valideynləri müəllim olan gənc ailənin tək övladı olub. O bazar ertəsi günü ürək tutmasından həyatını itirib. Gəncin ölümündən 3 gün sonra ailəsinə daha bir zərbə vurulub.
Belə ki, ən böyük arzusu hüquqşünas olmaq olan Dənizin ölümündən 3 gün sonra qəbul imtahanın cavabları açıqlanıb və onun Marmara universitetinin hüquq fakultəsinə qəbul olduğu məlum olub. Ailə aldığı bu xəbərdən sarsılıb.