Hündürboy görünmək üçün hiylələri

Hündürboy görünmək üçün hiylələri

Qadınlara ayaqları uzun göstərməyin 7 yolu


Bir çox qadınların arzusu Uma Turman, Mariya Şarapova, Nikol Kidman kimi uzun ayaqlara sahib olmaqdır. Reallıqsa başqadır... Redaksiyamızın hazırladığı ipucları ayaqlarının daha uzun görünməsini istəyən qadınlar üçün əsl tapıntı olacaq.

Bej rəng ayaqqabı geyinin

Artıq bir müddətdir ki, qadınlar qara rəng əvəzinə bej rəngli ayaqqabılara üstünlük verirlər. Asan kombinasiya edilən, əksər paltarlarla rahat uyğunlaşan bej rəng ayaqqabı tapmaq çətin deyil. Ən əsası ayaqqabının dəri rənginə ən yaxın tonda olmasıdır. Məqsəd ayaqla ayaqqabı rəngini bərabərləşdirməkdir. Hündürdabanlı olmağı vacib deyil, babet, səndəl də məqsədəuyğundur.

"Bronzer"dən istifadə edin

Tez-tez mini ətək və şort geyinirsinizsə, ayaqlarınızı uzun göstərmək üçün Bronzer (bronzlaşdırıcı) istifadə edin. Bronzerlə yüngülcə parıldadılmış ayaqlar daha uzun görünür. Digər bir çıxış yolu ayaqlarınıza bronz rəngli göz teni əlavə edilmiş nəmləndirici krem ola bilər.

Şalvar/Corab və ayaqqabının rəngi eyni olsun

Ayaqqabı ilə şalvarın rəngini eyni seçmək vacib detallardan biridir. Qısa ətək seçdikdə belə, corabla ayaqqabının rəngi eyni olsun. Bu, ayaqları uzun göstərməyin ən populyar üsullarından biridir.

Enli balaq şalvarlar geyinin

Xüsusən platforma, yaxud hündürdabanlı ayaqqabılarla enli balaq şalvarları qarderobunuzdan əskik etməyin. Şalvarın ətəyinin ayaqqabını və topuğu tam gizlətməsinə diqqət yetirin.

Tünd çalarlara üstünlük verin 

Açıq rənglərin ayaqlarınızı olduğundan daha qalın, dolayısı ilə daha qısa göstərəcəyini bilməlisiniz. Ona görə də tünd rəng şalvar, tight, skinnilərdən bol-bol istifadə edin.

Beli yüksək paltarlar alın

İstər şalvar olsun, istər ətək, çalışın beli yüksək olsun. Sevindirici haldır ki, bu il beli yüksək paltarlar dəbdədir və hər yerdən rahatlıqla almaq mümkündür.

Assimmetriyadan faydalanın

Assimmetrik geyimlər gözü yanıldaraq ayaqları daha uzun göstərir. Önü qısa, arxası uzun, ya da yandan assimmetrik detallı ətəklərə və paltarlara üstünlük verin. Hündürdaban ayaqqabı ilə də ayaqların yüksək görünmə effektini artırmaq olar. 

Xəbər 672 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR