Hüseynov Bəyəndik Şahin oğlu, 16.09.1987-ci ildə Laçın rayonunda anadan olmuş, orta tehsil Mingeçevir şeheri 12 no mekteb, 2007-2012 Türkiyə Respublikası Erciyes Eniversiteti hüquq fakültesi, 2012-2013 Kayseri "Ədalət" hüquq şirketinin hüquqşünası, Azərbaycan Reaspublikası ərazisindədə fərdi qaydada fəaliyyət göstərən hüquqşünas.
Amnistiya — cəzanın yüngülləşdirilməsi, yaxud ləğv edilməsidir. Amnistiya elə bir normativ-hüquq aktıdır ki, o, hüquq pozuntuları törətmiş şəxslərin fərdi olaraq müəyyənləşdirilməmiş dairəsi barəsində qəbul edilir və həmin şəxsləri, onlara qarşı tətbiq olunmuş və ya oluna biləcək sanksiyalardan (cəzalardan) azad edir, yaxud yüngülləşdirir. Amnistiyanın tətbiqi dairəsi heç də cinayət qanunvericiliyi ilə məhdudlaşmır, bir sıra ölkələrdə tez-tez vergi amnistiyası aktları da qəbul edilir. Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin 1-ci hissəsinin 19-cu bəndinə əsasən amnistiya məsələlərinin həlli Milli Məclisin səlahiyyətinə aiddir. Bu səlahiyyət təkcə cinayət qanunvericiliyi ilə məhdudlaşmır. Cinayət qanununa gəldikdə isə, Cinayət Məcəlləsinin 81-ci maddəsinə əsasən cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülməsi də mümkündür.
Hərkəsə məlum olduğu kimi, 2016-cı ildə Mehriban Əliyevanın təşəbbüsü ilə «28 May - Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında» qərar layihəsinin Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən amnistiya aktı qəbul edildi. Əvvəlcə onu qeyd edim ki, sənəd qanunvericilik baxımından əvvəlki amnistiya haqqında qərarların təcrübəsinə əsaslanaraq mükəmməl hazırlanıb. Ölkəmizdə amnistiya aktlarının məhz Heydər Əliyev Fondu tərəfindən hazırlanıb Milli Məclisə təqdim edilməsi xalqımız və cəmiyyətimiz tərəfindən alqışlanan dəyərli ənənəyə çevrilib. Fondun amnistiya təşəbbüsləri ölkəmizdə cinayət hüquq siyasətinin liberallaşdırılmasına, məhkumların sayının azaldılmasına gətirib çıxaran vacib amilə çevrilib. Bu təşəbbüs həmçinin ölkəmizdə ictimai-siyasi sabitliyin qorunmasına da öz töhfəsini verir. Yeni amnistiya qərarından sonra söylənildiyi kimi, təxminən 10 min şəxsin müxtəlif formada azadlığa buraxılması gözlənilirdi. Bu, məhkumların ümumi sayının təxminən üçdəbiridir. Hesab edirəm ki, bu hal müsbət göstəricidir. Bu qərar əvvəlki qərala müqayisədə 3500 şəxsin tam azadlığa buraxılmasını da özündə ehtiva edir. Əvvəlki qərarda 2 min şəxs tam azadlığa çıxırdısa, budəfəki rəqəm kifayət qədər ciddi rəqəmdir”.
Qərar layihəsinə əsasən, yalnız böyük ictimai təhlükə törətməyən cinayətlər törətdiklərinə görə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslər, bu şəxslərdən başqa müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasının bu qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 1 ildən artıq olmayan məntəqətipli cəza çəkmə müəssisəsində cəza çəkən şəxslər, intizam xarakterli hərbi hissədə saxlama cəzasının bu qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 1 ildən artı qolmayan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayətlər törətdiklərinə görə intizam xarakterli hərbi hissədə saxlama cəzası naməhkum edilmiş şəxslər, hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəza təyin edilmiş şəxslər, islah işləri növündə cəza təyin edilmiş şəxslər, ictimai işlər növündə cəza təyin edilmiş şəxslər, əsas cəza növü kimi müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə cəzası təyin edilmiş şəxslər, əsas cəza kimi 2 min manatdan artıq olmayan miqdarda cərimə cəzası təyin edilmiş və bu qərarın tətbiq edildiyi gün cərim əcəzasının ödənilməmiş hissəsi 2 min manatdan artıq olmayan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətdiklərinə görə əsas cəza kimi cərimə cəzası təyin edilmiş şəxslər, azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza ya şərti məhkum edilmiş və ya bu növ cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş, yaxud bu növ cəzanın çəkilməsi Cinayət Məcəlləsinin 79-cu maddəsinə müvafiq olaraq təxirə salınmış şəxslər amnistiya tətbiq edilənlərin dairəsinə düşür.
Qadınlar, cinayət törədərkən 18 yaşına çatmayan şəxslər, bu qərar qüvvəyə mindiyi günədək 60 yaşına çatmış kişilər, bu qərar qüvvəyə minənədək birinci, ikinci və ya üçüncü qrup əlil sayılmış şəxslər, öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı və ya birinci və ikinci qrup əlil övladı olan kişilər, o cümlədən bu qərarın qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericiliklə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər, İkinci Dünya müharibəsi dövründə faşizmə qarşı döyüşlərdə iştirak etmiş, eləcədə həminvaxt SSRİ Silahlı Qüvvələrində və arxa cəbhədə xidmə tetmiş və qanunvericilklə müəyyən edilmiş qaydada bunlara bərabər tutulan şəxslər, həmçinin bu döyüşlərdə həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş şəxslər, habelə keçmiş SSRİ Silahlı Qüvvələrinin tərkibində beynəlmiləl borcunu yerinə yetirmiş şəxslər, həmçinin budöyüşlərdə həlakolmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları, Azərbaycanın, habeləkeçmiş SSRİ-nin orden və medalları ilə təltif olunmuş şəxslər (bu orden və medullardan məhrum edilmiş şəxslər istisna olmaqla), keçmiş SSRİ dövründə repressiyalara məruzqalmış, sonradan səlahiyyətli orqanların qərarı ilə bəraət almış şəxslər və onların yaxın qohumları, 1948-1953 və 1988-ci illərdə etnik təmizləmə, terrorçuluq və soyqırımı siyasətin əticəsində Ermənistan SSR-dən deportasiya edilmiş şəxslər,1988-1993-cü illərdə Azərbaycan ərazisinin bir hissəsinin erməni silahlı qüvvələri tərəfindən işğalı nəticəsində öz doğma torpaqlarından məcburi köçürülmüş şəxslər, Çernobıl qəzasının aradan qaldırılmasında iştirak etmiş və onlara himayəçilik edən şəxslər (himayəçilik qanunvericilikdə nəzərdə tutulan qaydada müəyyən olunubsa), 1990-cı il 20 Yanvar faciəsində əlil olmuş şəxslər və ya şəhid olmuş şəxslərin yaxın qohumları, Xocalı soyqırımında əlil olmuş şəxslər və ya şəhid olmuş şəxslərin yaxın qohumları müddətindən asılı olmayaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən azad ediləcəklər.
Eyni zaman da bu qərar qüvvəyə mindiyi günədək cəzasının çəkilməmiş hissəsi 6 aydan artıq olmayan şəxslər (amnistiya tətbiqolunmasına məhdudiyyətlər nəzərə alınmaqla) təyin olunmuş cəzalardan azad olunacaqlar. O cümlədən 4 ildən artıq olmayan müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş şəxslərin cəzalarının bu qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 6 aydan artıq olduqda çəkilməmiş cəza 6 ay azaldılacaq. Qərar layihəsinə əsasən, intizam xarakterli hərbi hissədə saxlama cəzasının bu qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 1 ildən 2 ilədək olan şəxslər, əsas cəza kimi 2 min manatdan artıq miqdarda cərimə cəzası təyin edilmiş şəxslər, azadlıqdan məhrumetmə cəzasına şərti məhkum edilmiş şəxslər, azadlıqdan məhrumetmə cəzasından şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslər və azadlıqdan məhrumetmə cəzasının çəkilməsi təxirə salınmış şəxslər təyin olunmuş cəzalardan azad ediləcəklər.
//Aktual.az