"Hörmüz boğazı açıqdır, İran gediş-gəlişə nəzarət edir" - Bəqayi


Hörmüz boğazı bağlanmayıb.
Bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqayi brifinq zamanı deyib.
"Hörmüz boğazı bağlı deyil və gediş-gəliş İran silahlı qüvvələrinin nəzarəti altında həyata keçirilir”, - İran XİN sözçüsü qeyd edib.
O, eyni zamanda, nüvə danışıqlarına toxunaraq bildirib ki, İran ABŞ-a heç vaxt güvənməyib və danışıqlar etimadsızlıq şəraitində aparılıb.
"Yaranmış vəziyyətin məsuliyyəti tamamilə ABŞ-a aiddir", - Bəqayi vurğulayıb. (Apa)


Xəbər 48 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR