Balakən rayonunun Hənifə kənd sakini hovuzda yuyunarkən ölüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, oktyabrın 12-də Balakən rayonunun Hənifə kənd sakini Elnur Şabanov kənd ərazisində işlədiyi kərpic zavodundakı hovuzda yuyunarkən yıxılıb.
Meyit okyabrın 13-də zavodun əməkdaşları tərəfindən aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.