Hollandiyalı şəxs 1000 uşaq sahibi olmaq istəyir

Hollandiyalı şəxs 1000 uşaq sahibi olmaq istəyir

42 yaşlı hollandiyalı Yakob Meyer 2007-ci ildən bəri dünyanın 11 sperma bankı ilə əməkdaşlıq edir. Meyer bankların hər birindən başqa banklarla işlədiyini gizlədib. Nəticədə, kişinin hesablamalarına görə, onun bütün dünyada 550-yə yaxın uşağı var.
Aktual.az Elchi.az-a istinadən bildirir ki, Meyerin Hollandiyada 375, Almaniyada 80, Belçikada 35, eləcə də Fransa, Avstriya, İspaniya, Argentina və Avstraliyada bir neçə uşaq. Onların bir çoxu ilə əlaqə saxlayır.
Meyer Bild-ə müsahibəsində bildirib ki, bu yaxınlarda Haaqa mülki məhkəməsi ona 100 min avro cərimə təhlükəsi ilə bu fəaliyyətini davam etdirməyi qadağan edib. Analardan biri iddiaçı qismində çıxış edib. Qadın hesab edir ki, kişi Hollandiyada yaxın qohumlar arasında nikah riskini xeyli artırıb.
Meyer hökmlə razılaşmır və işini davam etdirmək niyyətindədir. Onun məqsədi 1000 uşaq sahibi olmaqdır. Beləliklə, o, tarixdə Çingiz xandan sonra ikinci çox uşaq atası ola bilər:
"Bəli, qadınlara yalan danışdım. Bu doğru deyildi. Amma mən onlara kömək etmək istəyirdim”, – deyə hollandiyalı bildirib.
Qeyd edək ki, Meyer özü də çoxuşaqlı ailədəndir, yeddi qardaş-bacısı var: "Öz ailəmi yaratmaq istəyirəm, beş uşaq arzulayıram”.

Xəbər 8523 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR