Hollandiyada Alfena an-den-Reyn şəhərində iki inşaat kranı və körpünün bir hissəsi yaşayış evlərinin üzərinə aşıb.
Aktual.az xəbər verir ki, hadisə nəticəsində ən azı 20 nəfər zərər çəkib.
Məlumat verildiyi kimi kranlar kraliça Yuliana körpüsünün təmirinə cəlb edilmişdi, inşaat işlərinin avqustun sonuna başa çatdırmaq planlaşdırılırdı. Körpü təmirə apreldə bağlanılıb.
“Mən bunu gördüm, mən hələ də yavaş sürətlə aşan kranları görürəm. Orada yəqin ki, həlak olanlar var, başqa cürə ola bilməz”, - hadisənin şahidi bildirib.
Faciənin səbəbləri müəyyənləşdirilməyib.