Hollandiyanın İstanbuldakı Baş Konsulluğunun fəaliyyəti dayandırılıb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Hollandiyanın xarici işlər naziri konsulluq binasının boşaldıldığını və müvəqqəti bağlanıldığını deyib.
Buna səbəb olaraq mümkün terror təhlükəsi göstərilib.
Nazir Hollandiya vətəndaşlarına baş konsulluğun binasına və ətrafına gəlməmələri barədə xəbərdarlıq edildiyini qeyd edib.
Konsulluğun neçə gün bağlı qalacağı ilə bağlı heç bir açıqlama verilməyib.
Qeyd edək ki, Hollandiyanın baş konsulluğu İstanbulun İstiqlal prospektində yerləşir.