Hökuməti cəbhə kəndlərindəki problemlərin həllinə çağırdı

Hökuməti cəbhə kəndlərindəki problemlərin həllinə çağırdı

Deputat Qənirə Paşayeva Milli Məclisdə 2016-cı ilin dövlət büdcə layihəsinin müzakirələri zamanı ön cəbhə kəndləri sakinlərinin təkliflərini səsləndirib və hökumətdən onların həlli istiqamətində dəstək göstərilməsini xahiş edib.
Qənirə Paşayeva Ermənistanla ön cəbhədə yerləşən kəndlərin sakinləri üçün bəzi güzəştlər istəyib və bu kəndlərlə bağlı xüsusi dövlət proqramının qəbul olunmasının müsbət nəticələr verə biləcəyindən danışıb.

Ötən gün Tovuzun Ermənistanla ön cəbhə kəndlərində sakinlərlə görüşdüyünü deyən Qənirə Paşayeva onların təkliflərini Milli Məclisdə səsləndirib və hökumətdən onların həllinə dəstək göstərilməsini xahiş edib.

O bildirib ki, ön cəbhədə yerləşən kəndlərimizdə yaşayan insanlarımız hər zaman böyük fədakarlıqla heç bir çətinlikdən və düşmən təxribatlarından çəkinməyərək öz evlərində yaşamaqda davam edərək düşmənə ən layiqli cavabı verirlər.

O deyib ki, bu gün bu cür kəndlərimizə dövlət tərəfindən dəstəyi daha da artırmaq yaxşı olardı.

Ön cəbhədə yaşayan insanlarımızın hər zaman cənab Prezident İlham Əliyevin diqqət və qayğısı altında olduğunu vurğulayaraq Ermənistanla ön cəbhə rayonlarından olan Tovuzdan olan millət vəkili kimi ön cəbhə kənd sakinlərinin xahiş və təkliflərini də səsləndirib və 2016-cı il büdcəsində onların nəzərə alınmasını xahiş edib.

“Ön cəbhədə yerləşən kəndlərdən ali məktəblərə daxil olan gənclərin ödənişli təhsildən azad olunması yaxşı olardı. Hər halda o cür gərginlik altında yaşayan gənclərlə digər rayonların sakinləri arasında ciddi fərq var.”

Belə kəndlərə sərmayə qoyuluşunun az olduğunu diqqətə çatdıran Qənirə Paşayeva həmin ərazilərdə iş quran adamların vergidən azad olunması təklifini də irəli sürüb. O bildirib ki, bu, həmin yerlərdə yeni iş yerlərinin açılmasına təsir edərdi.

Sosial yardımların təyin edilməsində də ön cəbhə kəndlərinə xüsusi dəstək göstərilməsi yaxşı olardı. Deputat ön cəbhə kəndləri ilə bağlı bir sıra digər təkliflər də səsləndirib və hökumət üzvlərini onların həllinə qısa zamanda dəstək göstərilməsini xahiş edib.

Xəbər 479 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR