Yenilənmiş dövlət büdcəsində konvertasiya üçün də vəsait nəzərdə tutulub.
2016-cı il yenilənmiş dövlət büdcəsindən valyuta məzənnəsinin tənzimlənməsinə ayrılacaq vəsaitin həcmi açıqlanıb.
Aktual.az APA-ya istinadən xəbər verir ki, bu il valyuta məzənnəsinin tənzimlənməsinə 320 milyon manat ayrılacaq.
Bundan başqa, bu il valyuta konvertasiyasına 4 mln. manat xərclənəcək.
Qeyd edilən vəsait Maliyyə Nazirliyinə ayrılması nəzərdə tutulan 24 mln. 942,770 min manata daxildir.