Hökumət AZAL-ın özəlləşdirilməsini məqsədəuyğun hesab etmir

Hökumət AZAL-ın özəlləşdirilməsini məqsədəuyğun hesab etmir

Dövlət aviaşirkətlərinin özəlləşdirilməsi məqsədəuyğun deyil.

Büdcəsi layihəsinin müzakirəsi üzrə birgə iclasında deputatların suallarını cavablandırarkən deyib.

S.Şərifov bildirib: "Məsələn, ABŞ-da özəl aviaşirkətlər daim müflis olur. Nəticədə hökumət onlara sərmayə qoymağa məcbur olur. Bundan sonra onların vəziyyəti yaxşılaşır. Kiçik ölkələrin təcrübəsinə gəlincə, əksər hallarda bu ölkələrdə aviaşirkətlər bu və ya digər yolla hökumətdən subsidiyalar alırlar".

Nazir buna misal qismində Yunanıstanın 20-30 ildir özəlləşdirilməsinə cəhd edilən "Olympic Air" aviaşirkətini göstərib. Bu istiqamətdə hələ heç bir nəticə yoxdur.

S.Şərifov Rusiyanın bu yaxınlarda müflis olan "Transaero" özəl avişirkətini də xatırladıb. Şirkətin borcları 4 milyard dolları ötürdü.

O, qeyd edib: "Biz bu məsələyə ehtiyatla yanaşmalıyıq. Aviadaşımalar sektoru o qədər həssasdır ki, əgər özəl şirkətlər bu sahədə xidmətləri düzgün göstərməsə, hökumət müdaxilə etmək məcburiyyətində qalacaq".\trend

Aktual.az

Xəbər 689 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR