Hökumə haqda film çəkilir

Hökumə haqda film çəkilir

Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190” təyyarəsinin stüardessası Hökumə Əliyevanın həyatı barədə film çəkilir.
Aktual.az xəbər verir ki, bu barədə Teleqraf.com-a Azərbaycan Kinematoqrafçılar İttifaqından məlumat verilib.
Filmin rejissoru Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, əməkdar incəsənət xadimi, rejissor, ssenarist Ziya Şıxlinskidir.
Bildirilib ki, qısametrajlı sənədli filmin çəkilişlərinin yaxın zamanlarda baş tutması planlaşdırılıb.
Qeyd edək ki, Prezident İlham Əliyevin 29 dekabr 2024-cü il tarixli sərəncamı ilə Hökümə Cəlil qızı Əliyeva "Azərbaycanın Milli Qəhrəmanı" adına və "Qızıl Ulduz" medalına layiq görülüb.
Xəbər 71 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR