Hitlerin rəssamlıq fəaliyyəti və çəkdiyi Tablolar

Hitlerin rəssamlıq fəaliyyəti və çəkdiyi   Tablolar

Faşizmlə bütövləşib, etdiyi inanılmaz qəddarlıqlarla yadda qalan Hitler həm də yaradıcı insan olub. Bu indi bizə nə qədər qəribə görünsə də, onun həyatında incəsənət olduqca əhəmiyyətli yer tuturdu.

Siyasətə gəlməmişdən əvvəl rəssam kimi tanınan Hitler qazancını da çəkdiyi rəsmlərdən çıxarırdı. Həbsxanada olduğu dövrdə yazdığı “Mənim Mübarizəm” əsərində də bunu xatırlayır: “Rəssam olmaq istəyirdim və nəyin hesabına olursa olsun, məmur olmayacaqdım.”

1905-ci ildə Habsburq kolleksiyasına baxmaq üçün Vyanaya gedən Hitler şəhərin memarlığından olduqca təsirlənir. Daha çox memarlıq üslubunu vurğulayaraq, bir çox çertyoj çəkir. Vyanadan qayıtdıqdan sonra isə çəkdiyi çertyojlar əsasında sulu boya ilə rəsmlər yaradır. Görünür, həyatının bu mərhələsində o qətiyyətlə rəssam olmaq yolunda addımlamaq qərarına gəlmişdi. 1907-ci ildə Vyana Akademiyasının qəbul imtahanlarına üçün hazırlıq dərslərinə gedir. Lakin Akademiyada onun istedadı kifayət qədər yaxşı hesab edilmir və iki dəfə rədd edilir..

hitler-5Fiqur rəsmlərində uğursuz olan Hitlerin rəsmlərində məhz bu səbəbdən də fiqurlara az rast gəlirik. Mənzərələrində çox da aydın olmayan, ləkə formasında fiqurlara yer vermişdir. Vyana mənzərələrini, küçə həyatını, memarlıq abidələrini təsvir edən Hitler, bu rəsmləri elə küçələrdə də çox ucuz qiymətə satırdı. Həyatının bu dövrünü daha sonralar “ən pis günləri” olaraq adlandırırdı. Vyanada boş vaxtını kitabxanalarda şəhər, memarlıq və sənət haqqında kitablar oxuyaraq keçirirdi.

Adolf Hitler Münhenə qayıtdıqdan sonra çəkdiyi rəsmləri imkanlı şəxslərə sataraq, dolanışığını təmin edirdi. Hitler həm də müasir incəsənətə qarşı idi. Müasir sənət cərəyanlarından Kubizm və Dadaizmi Alman xalqını korlaya biləcək təhlükə faktorları olaraq görürdü. Onun rəsmlərində Nasist sənətinin də  izləri görünür. Hitler memarlıq çertyojlarında gələcəkdə qurulacaq yeni dövlətin ehtiyacını qarşılayacaq dövlət binalarına yer verib.

Alman Fəhlə Partiyasına qeydiyyat formasının peşə xanasına “rəssam” yazan Hitler, sonrakı illərdə Nasizm fikrini formalaşdırmağa başlayır. İstəmədən siyasətçi olduğunu, bir gün siyasətdən gedib, rəsmlə məşğul olacağını yazır. Siyasətin və Avropanı fəth etmə ideyasının yükü ağırlaşdıqca, rəssamlığa bir müddətlik ara verməli olur.

Adolf Hitlerin çəkdiyi rəsmlər bir çox kolleksiyaya səpələnmişdir. Rusiya Dövlət Arxivi, Berlindəki Alman Dövlət Arxivi, Vaşinqtondakı Hərbi Tarix Muzeyində onun əl işi olan rəsmlər saxlanılır. Hitlerin digər rəsmlərinə də nəzər sala bilərsiniz: //Pahoo.Az

Xəbər 2570 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR