İtaliyalı heykəltaraş Maurizio Kattelan Adolf Hitlerin diz çökən heykəlini 17,2 milyon dollara satıb.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, Nyu-Yorkda “Döyüş sonrası dövr və müasir incəsənət” adlı açıq hərrac keçirilib.
Hərracda Maurizio Kattelanın Hitlerə həst etdiyi heykəl ən yüksək qiymətə satılıb.
Hündürlüyü 101 sm olan heykəl 2001-ci ildə mum və qatrandan hazırlanıb. Əsər arxadan baxanda dua edən uşağa bənzəyir.