Hindistanlı Rekordlar kitabına düşmək üçün 63 ildir dırnaqlarını uzadır

Hindistanlı Rekordlar kitabına düşmək üçün 63 ildir dırnaqlarını uzadır
  • DÜNYA

Xarici görünüşünün özəlliklərinə görə onu işə götürmürdülər.

Hindistan sakini Şridhar Çillal dünyanın ən uzun dırnaqlı adamı kimi Ginnesin rekordlar kitabına düşüb, Aktual.az Guinness World Records-a istinadən xəbər verir.

Kişi sol əlində dırnaqlarını 1952-ci ildən bəri kəsmir. Dırnaqlarının ümumi uzunluğu 909,6 sm-dən (müxtəlif barmaqlarında 164,5-dən 200 sm qədər) ibarət olub.

Kişinin sözlərinə görə, dırnaqlar çox kövrəkdir, ona görə də ehtiyatlı olmaq lazım gəlir, xüsusilə də yatarkən. Şridhar gecə hər yarım saatdan bir oyanıb, əlini tərpətməli olduğundan şikayət edir.

Xarici görünüşünün özəlliklərinə görə onu işə götürmürdülər və o, uzun müddət evlənə bilmirdi. Amma bu narahatlıqlar özünü doğruldub.

“Mən heç vaxt növbədə gözləməli olmuram”, - o deyib.

Bundan başqa, rekordsmen həmişə diqqət mərkəzində olmağı sevir. Şridrahın 78 yaşı var, sol əlindəki dırnaqlarının 62 yaşı var. Öz məqsədinə çatan hindistanlı dırnaqlarını muzeyə verməyi düşünür.

Aktual.az

Xəbər 395 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR