Hindistanda oxumaq istəyənlərin nəzərinə - Yeni təklif var

Hindistanda oxumaq istəyənlərin nəzərinə   - Yeni təklif var

Hindistan Mədəni Əlaqələr Şurası təqaüd təklif edir.

Təhsil Nazirliyindən Aktual.az-a verilən məlumata görə, Şura tərəfindən 1 azərbaycanlı tələbənin Hindistanın tanınmış ali təhsil müəssisələrindən birində təhsil alması üçün təqaüd təklif edilir.

Təqaüd proqramına əsasən, seçilmiş namizədə təhsil aldığı və ya tədqiqat işi apardığı müddətdə yemək və yaşayış xərclərinin bir hissəsi ödəniləcək.

Təqaüd tibb və tibb ilə əlaqədar proqramlar istisna olmaqla, Hindistanda istənilən bakalavr və magistr proqramını əhatə edir. 

Aktual.az

Xəbər 705 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR