Hindistanın Kerala ştatında məbəddə güclü yanğın baş verib.
Yanğın nəticəsində ölənlərin sayı 80 nəfərə çatıb.
Aktual.az APA-ya istinadən xəbər verir ki, insident nəticəsində 250-dək zəvvar xəsarət alıb.
Məlumata görə, yanğın Kollam şəhərində yerləşən məbəddə yerli vaxtla 03.30-da (Bakı vaxtı ilə 02.30-da) baş verib.
İlkin məlumata görə, yanğına səbəb dini ayinlərin keçirilməsi zamanı fişənglərin partladılması olub.
Yerli mətbuat hadisə nəticəsində məbədin tamamilə uçduğunu qeyd edir.