Dünən Hindistanın Racastan ştatının Pxalodi şəhərində tarix boyunca müşahidə edilmiş rekord səviyyədə istilik qeydə alınıb.
Aktual.az virtualaz.org-a istinadən bildirir ki, havanın istiliyi kölgədə 51 dərəcəyə yüksəlib.
Qeyd olunur ki, meteoroloji müşahidələr tarixində bu, Hindistanda görülmüş rekord səviyyədir. Əvvəlki rekord elə həmin Racastan ştatının Alvar şəhərində 1956-cı ildə qeydə alınmışdı - 50,6 dərəcə.