Hindistanın "ONGC Videsh Limited” şirkəti Norveçin "Equinor” şirkəti ilə "Azəri-Çıraq-Günəşli” layihəsində 0,615% payın alqı-satqısı və Bakı-Tiflis-Ceyhan (BTC) neft kəmərinin operatoru olan "BTC Co” şirkətində 0,737% payın alınması haqqında yekun saziş imzalayıb.
Aktual.az xəbər verir ki, bu barədə Hindistan şirkətinin rəsmi açıqlamasında qeyd olunub.
Bildirilib ki, sözügedən layihələrdə payların alınmasına ümumilikdə 60 milyon ABŞ dollarına qədər investisiya qoyulacaq.
Xəbər 707 dəfə oxunub.