Hindistan Müdafiə Nazirliyi Rusiyadan S-400 hava hücumundan müdafiə sistemi üçün böyük bir partiya raketlərin alınmasını təsdiqləyib.
Aktual.az xəbər verir ki, bu barədə "Tayms of İndia” qəzeti mənbələrə istinadən məlumat yayıb.
"Hindistan may ayında Hindistan-Pakistan hərbi münaqişəsi zamanı istifadə edilən bu silahların ehtiyatlarını artırmaq, eləcə də onların ehtiyatlarını yaratmaq üçün müxtəlif mənzilli S-400 raketləri alacaq. Həmçinin Rusiya bu hava hücumundan müdafiə sistemlərinin texniki xidməti və təmiri üçün Hindistanda mərkəz yaradacaq”, - mənbə bildirib.
Xəbər 91 dəfə oxunub.