Hindistanın iri neft emalı "Reliance Industries” şirkəti tədricən Yaxın Şərq neftinin alışını artırır və yaxın zamanlarda daha çox sifariş verməyə hazırdır.
Aktual.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
Agentlik danışdırdığı mövzuya yaxın treyderlərin bildirdiyinə görə, adı çəkilən şirkət azı Yaxın Şərq ölkələrindən 2,5 milyon barel xam neft alıb. Bu həcmlərə İraqın "Basrah Medium”, həmçinin "Al-Shaheen” və "Qatar Land” neft növləri daxildir.
"Reliance" eyni zamanda Yaxın Şərq regionunda Rusiya neftinə keyfiyyətcə oxşar olan neftlərin olub-olmadığını araşdırır. Treyderlərin məlumatına görə, şirkət bir sıra potensial təchizatçılarla əlaqə saxlayaraq bu cür neftin mövcudluğu ilə maraqlanıb.
Xatırladaq ki, "Reliance" uzun müddət Hindistanda Rusiya xam neftinin əsas alıcısı olub və bu neft axınlarına öz fəaliyyətində əsas dayaqlardan biri kimi baxıb.
Xəbər 54 dəfə oxunub.