Hilal Əsədovun həyat yoldaşı: “Kimsə ağzına gələni yazdırır..."

Hilal Əsədovun həyat yoldaşı: “Kimsə ağzına gələni yazdırır...



Milli Təhlükəsizlik nazirinin müavini, general-leytenant Hilal Əsədovun işdən çıxarılması ilə bağlı yayılan məlumatlara Bakıdakı poliklinikalardan birinin baş həkimi işləyən xanımı Nüşabə Əsədova aydınlıq gətirib.

Aktual.az-ın Criminal.az-a istinadən xəbərinə görə, N.Əsədova açıqlamasında bildirib ki, Hilal Əsədov hazırda işdədir, MTN-də öz kabinetdində iş başındadır: ''Onun işdən çıxarılması ilə bağlı məlumatları bizi sevməyən düşmənlər yalandan yayır. Ancaq onların arzuları ürəklərində qalır. Hilal Əsədov bu dəqiqə işdədir, MTN-də kabinetində oturub. Onun işdən çıxarılması yalandır. Prezidentin sərəncamı nə vaxt olub ki? Bunu yəqin kimsə məqsədli şəkildə yayır. Hilal müəllimin vəzifəsi elədir ki, onu çıxarmaq üçün ancaq prezidentin sərəncamı olmalıdır. Bunun üçün ancaq prezident qərar verə bilər. Kimsə ağzına gələni yazdırır, axu bu düz deyil''.

Baş həkim deyib ki, bir neçə gün əvvəl yaşadıqları evin şəkilini də çəkiblər: “Deyirlər, guya evdə axtarış olub. Kiminsə kimsəni cəzalandırması düz deyil axı”.

N.Əsədova həyat yoldaşının Bakıda otelləri və obyektləri olması məsələsinə də aydınlıq gətirib: ''Otelimiz, obyektimiz var ki əlimizdən də alınsın? Həyat yoldaşımın bir obyekti belə yoxdur. O, təmiz işləyən adam olub. Hilal müəllim dövləti, milləti üçün təmiz işləyən bir şəxsiyyətdir. Hardadır o obyektlər? Göstərsinlər, mən də yerini tanıyım. Murdar adamlar yayır belə məlumatları. Siz gəlib evimə, bağıma baxsanız, görərsiniz ki heç nəyimiz yoxdur. Bir obyekt belə yoxdur, hələ onu sayını çoxaldırlar. Belə bir misal var: yaddan çıxıb gözdən düşmə, amandır! Yəqin bizi yaddan çıxmağa qoymurlar. Ona görə də Hilal müəllim haqda məlumatlar yayır, canfəşanlıq edirlər''.

Nazir müavinin xanımı vəzifənin ömürlük olmadığını deyib: ''Çıxaranda da çıxararlar. Vəzifə hamı üçün ömürlük deyil ki. Cənab prezident sərəncam verib çıxardar, canı sağ olsun. Vəzifə ancaq bizim üçün deyil ki. Çıxaranda da gedib xidməti təqaüdünü alar. Yoldaşım 11 il MTN-də can qoyub. Antiterror idarəsində zülm çəkib bu insan. Niyə ağızlarına gələni yazırlar”.

Xəbər 843 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR