Leyla Əliyeva bir sıra uşaq evlərinə baş çəkib

Leyla Əliyeva bir sıra uşaq evlərinə baş çəkib

Martın 11-də - Novruz bayramı ərəfəsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakıdakı bir sıra uşaq evlərinin sakinləri ilə görüşüb.


Fonddan APA-ya verilən məlumata görə, Şağan qəsəbəsindəki 3 nömrəli internat evinə gələn Leyla Əliyeva əvvəlcə müəssisənin foyesində uşaqların əl işlərindən ibarət sərgiyə baxıb. Heydər Əliyev Fondunun vitse-prezidenti internat evində yaradılan şəraitlə tanış oldu, burada yaşayan 168 uşağın təlim-tərbiyəsi ilə maraqlanıb.

 

Heydər Əliyev Fondunun vitse-prezidenti Nizami rayonundakı Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində də olub. Mərkəz daun sindromu xəstəliyinin xüsusiyyətləri nəzərə alınmaqla qurulub. Leyla Əliyeva Daun Sindromlu Şəxslərin Assosiasiyasının nəzdində fəaliyyət göstərən “Dəcəllər” teatrının hazırladığı rəqs nümunələrini izləyib. Sonra Leyla Əliyeva Nizami rayonundakı 1 nömrəli uşaq evinə gəlib. Heydər Əliyev Fondunun vitse-prezidenti uşaqlarla söhbət edib, onların arzu və istəklərini dinləyib.

 

Daha sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Nərimanov rayonunda yerləşən Uşaq Psixonevroloji Mərkəzində olub, burada müalicə alan uşaqlar üçün təşkil edilən bayram şənliyində iştirak edib. Heydər Əliyev Fondunun vitse-prezidenti Nəsimi rayonunda yerləşən 1 nömrəli körpələr evinin sakinlərinə də bayram təbriklərini çatdırıb. Bu körpələr evində 4 yaşınadək 52 uşaq yaşayır. Ötən ilin noyabrında burada başlanan əsaslı təmir nəticəsində müəssisədə yaradılan şərait müasir standartlar səviyyəsində olacaq. Uşaq evlərinin sakinlərinə Heydər Əliyev Fondu tərəfindən hədiyyələr təqdim olunub.


Xəbər 960 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR