Azərbaycan Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Belçikanın paytaxtı Brüsseldə səfərdədir.
Aktual.az xəbər verir ki, Azərbaycanın NATO-dakı Daimi Nümayəndəliyindən bildirilib.
Qeyd olunub ki, H.Hacıyev NATO Baş katibinin köməkçisi David Katler ilə görüşəcək.
***
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Brüsseldə NATO Baş katibinin köməkçisi general David Katlerlə görüşüb.
Onlar Azərbaycan-NATO tərəfdaşlığı, terrorizmlə mübarizədə əməkdaşlıq, regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
Xəbər 285 dəfə oxunub.