Hikmət Hacıyev: "Peyvəndləmə yaxın vaxtlarda başlaya bilər"

Hikmət Hacıyev:

"Azərbaycan mediası koronavirusla mübarizədə və Qarabağ cəbhəsində ön cəbhədə olub. Bunun üçün media mənsublarına öz təşəkkürümü bildirirəm”.
Aktual.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət HacıyevNazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
Onun sözlərinə görə, peyvəndləmə yaxın vaxtlarda başlaya bilər: "Biz karantin qaydalarına əməl etməklə və birgə səylərimizlə koronavirus cəbhəsində də qələbə çalacağıq".
Xəbər 292 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR