Hikmət Hacıyev israilli diplomatlarla görüşdü

Hikmət Hacıyev israilli diplomatlarla görüşdü

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İsrail XİN-in siyasi direktoru Aliza Bin Noun və XİN-in Baş direktorunun müavini, həmçinin strateji məsələlər şöbəsinin müdiri, səfir Coşua Zarkanı qəbul edib.
Aktual.az xəbər verir ki, H.Hacıyev bu barədə Tvitterdə paylaşım edib.
"Onlarla tarixi Nobel Qardaşlarının Ev-Muzeyində görüşməkdən və geniş söhbətdən məmnunam. Biz ölkələrimiz arasında ikitərəfli əməkdaşlığı, qarşılıqlı maraq doğuran regional məsələləri müzakirə etdik”, - prezident köməkçisi vurğulayıb.
H.Hacıyev bildirib ki, Azərbaycanın İsraildə səfirliyinin açılması qarşılıqlı əməkdaşlığı daha da gücləndirəcək.
Qeyd edək ki, görüşdə Azərbaycanın İsrailə təyin etdiyi səfiri Muxtar Məmmədov da iştirak edib.
Xəbər 143 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR