"Türkiyə və Azərbaycan sülhsevər mövqelərini Ermənistana çatdırırlar. İki ölkə Ermənistanla münasibətləri normallaşdırmağa və sinxron şəkildə sərhədlərini açmağa hazırdır. Ancaq Ermənistan Türkiyə və Azərbaycan torpaqlarına iddiasından əl çəkməlidir".
Aktual.az-ın xəbərinə görə, bunları Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
"Azərbaycan mübarizəsini davam etdirəcək, qardaş Türkiyə ilə birlikdə Qafqazın yeni coğrafiyasını qururuq”, - H.Hacıyev qeyd edib.
Xəbər 704 dəfə oxunub.