Mövsümün arxada qalan hissəsində ən çox qızıl medal qazanan cüdoçular bəlli olub.
Aktual.az xəbər verir ki, liderlər arasında Olimpiya çempionu Hidayət Heydərov (73 kq) da yer alıb.
Azərbaycan millisinin cüdoçusu bu il 4 dəfə fərqlənib. Bakıda keçirilən "Böyük Dəbilqə” turnirində birinci yeri tutan Hidayət Zaqrebdə Avropa çempionatının qalibi olub. O, Abu-Dabidə dünya çempionu adını da qazandıqdan sonra Parisdə olimpiya titulunu əldə edib.
Rekord isə əfsanəvi Teddi Rinerə məxsusdur. Fransalı ikisi Olimpiadada olmaqla, 6 qızıl medal əldə edib.
Digər Olimpiya çempionu Barbara Matiçin (Xorvatiya) 5 qızıl medalı var. Parisdə fəxri kürsünün ən yüksək pilləsinə qalxan Krista Dequçi (Kanada) da daxil olmaqla, daha dörd ən yüksək əyarlı medala malikdir.
Xəbər 169 dəfə oxunub.