"Həzi Aslanov" stansiyasının 2-ci vestibülündə yerləşən 1 saylı eskalatora baxış zamanı dartı ulduzcuğunda lüft yarandığı müşahidə edilib.
Aktual.az “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu məqsədlə həmin eskalatorun təmirə dayandırılması məqsədəuyğun hesab edilib. 11 mart 2016-ci il tarixindən etibarən 1 saylı eskalator təxminən 1 ay təmirdə olacaq.
Sərnişinlərin nəzərinə çatdırırıq ki, bu müddət ərzində 2 saylı eskalator adi qaydada fəaliyyətini davam etdirəcək.
1 saylı eskalatorun 7 aprel 2016-cı il tarixində sərnişinlərin istifadəsinə verilməsi planlaşdırılır.